Ural bölgəsində Azərbaycan diasporunun rəhbəri Şıxlinski Moskvada saxlanıb
Şahin Şıxlinskinin qohumu, jurnalist Elçin Şıxlı AzadlıqRadiosuna onun avqustun 2-də Rusiya hüquq-mühafizə orqanlarına təslim olduğunu deyir. Ş.Şıxlinski Azərbaycan səfirliyinin mehmanxanasında qalırmış.
E.Şıxlı Ş.Şıxlinskiyə qarşı əsas maddənin hakimiyyət təmsilçisinə müqavimət və yüngül xəsarət yetirməklə bağlı olduğunu deyib, qətllə bağlı Rusiya mediasının yazdıqlarını "boş söhbət" adlandırıb.
Rusiya DİN-in Ş,Şıxlinskini axtarışa verməsinə gəlincə: "Onun özünə, yaxud vəkillərinə axtarışla bağlı heç bir rəsmi çağırış gəlməyib. Səfirliyin mehmanxanasında nisbətən daha geniş hərəkət etmək imkanı olmaq üçün qalıb. Oğlunun azad olunması üçün müraciətlər hazırlayıb, vəkillərlə işləyib".
Ş.Şıxlinskinin oğlu Mütvəli isə iki ay müddətinə həbs olunub.
İyulun 1-də Yekaterinburqda, "Baku Plaza" qarşısında hüquq-mühafizə orqanları Ş.Şıxlinskini həbs etmək üçün xüsusi əməliyyat keçirib. Onlar avtomobilin pəncərələrini sındırmağa başlayanda Mütvəli idarə etdiyi avtomobili arxaya sürüb və xüsusitəyinatlılardan birini vurub.
Rusiya XİN Bakıyla münasibətlərin düzəlmə variantından bəhs edib
Moskva Azərbaycanda saxlanan rusiyalıların tezliklə azad edilməsi və evlərinə qayıtması variantları üzərində Bakı ilə iş aparır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.
"Belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı", - Fadeyev vurğulayıb.
Hələlik, bu açıqlamaya Azərbaycanın rəsmi orqanlarından hər hansı münasibət bildirilməyib.
Azərbaycan diasporunun rəhbəri 'Navalnıya dəstəyə görə' Rusiya vətəndaşlığından çıxarılıb
Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və Rusiya Federasiyasına girişinə qadağa qoyulub.
Rusiya mediasına görə, səbəb kimi onun etnik separatizmi və Navalnının fəaliyyətini təbliğ etməsi göstərilir.
Xankişiyev tərəvəz və meyvə ticarəti ilə məşğul olan tanınmış işadamı, restorator və "Fruitdom", "Fruit House", "Nar&Sharab", "Kaspiy" şirkətlərinin təsisçisidir.
Bundan əvvəl Moskva vilayətinin diaspor rəhbəri Elşən İbrahimovun da Rusiya pasportu alınıb, digər iki nüfuzlu azərbaycanlı - Şahin Şıxlinski və Yusif Xəlilov isə həbs edilib.